Bakı. Trend:
Azərbaycan - Kosovo oyununun hakimləri məlum olub.
Trend AFFA-ya istinadən məlumat verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan – Kosovo oyununu norveçli hakimlər idarə edəcək.
Belə ki, baş hakim Ola Hobber Nilsen, onun köməkçiləri Tom Harald Qronevik, Geir Oskar İsaksen, dördüncü hakim Simon İtterland, əlavə köməkçi hakimlər isə Espen Eskas və Tom Harald Hagen olacaq.
Hakim-inspektor Lusilio Batista (Portuqaliya), UEFA nümayəndəsi Martin Sturkenboomdur (Hollandiya).
Xatırladaq ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-si saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək