...

Tamblinq üzrə 16-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib (FOTO)

İdman Materials 22 Sentyabr 2018 13:08 (UTC +04:00)
Bu gün Bakı Gimnastika Məktəbində tamblinq üzrə 16-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib.
Tamblinq üzrə 16-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Gimnastika Məktəbində tamblinq üzrə 16-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarış iştirakçıları balacalar (2009-2011), yeniyetmələr (2005-2008), gənclər (2002-2004) və böyüklər (2001 və daha böyük) yaş kateqoriyasında mübarizə apararaq öz aralarında ən güclüləri müəyyənləşdiriblər.

Belə ki, balacalar yaş kateqoriyasında qadınlar arasında birinciliyi Məryəm Əhədova, kişilər arasında isə Rəsul Rəhimli bayram ediblər.

Yeniyetmələrin yarışında isə Azərbaycan çempionu adını qadınlardan Zeynəb Qasımlı, kişilərdən Adil Hacızadə qazanıb.

Gənclər yaş kateqoriyasında mübarizə aparan kişi tamblinqçilərdən ən yüksək xalla Tofiq Əliyev fərqlənərək, çempionluğu əldə edib.

Böyüklər yaş kateqoriyasında isə Mixail Malkin (2018-ci ilin Avropa çempionu) yeganə təmsilçi olduğundan o, yenidən Azərbaycan Çempionu tituluna sahiblənib.

Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən http://agf.az/az/competitions/information/176 tanış olmaq mümkündür.

Xatırladaq ki, 26 və 27 sentyabr tarixlərində Ocaq Sport Klubu 1-in zalında akrobatika gimnastikası üzrə 25-ci Azərbaycan və Bakı birinciliyi, batut gimnastikası üzrə isə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti