...

"Mançester Yunayted" İngiltərə Liqa Kubokunda gözlənilmədən məğlub olub

İdman Materials 26 Sentyabr 2018 05:54 (UTC +04:00)
"Mançester Yunayted" İngiltərə Liqa Kubokunun 1\16 finalında oyunsonrası penaltilər seriyasında "Derbi Kaunti" klubuna uduzub və mübarizədən kənarlaşdırılıb
"Mançester Yunayted" İngiltərə Liqa Kubokunda gözlənilmədən məğlub olub

Bakı. Tural Turan - Trend:

"Mançester Yunayted" İngiltərə Liqa Kubokunun 1\16 finalında oyunsonrası penaltilər seriyasında "Derbi Kaunti" klubuna uduzub və mübarizədən kənarlaşdırılıb

Trend-in məlumatına görə, oyunun əsas hissəsi 2:2 hesabı ilə yekunlaşıb.

"Qırmızı şeytanlar"ın heyətində Mata və Fellaini, qonaqlarda isə Uilson və Merriot fərqlənib. Penaltilər seriyasında "Derbi Kaunti" 8:7 hesabı ilə qalib gəlib.

“Mançester Yunayted”dən müdafiəçi Fil Cons penaltini vura bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti