...

İtaliya A Seriyasında 7-ci turun oyunları keçirilib

İdman Materials 1 Oktyabr 2018 03:01 (UTC +04:00)
Sentyabrın 30-da İtaliya A Seriyasında yeddinci turun oyunları keçirilib.
İtaliya A Seriyasında 7-ci turun oyunları keçirilib

Bakı. Trend:

Sentyabrın 30-da İtaliya A Seriyasında yeddinci turun oyunları keçirilib.

Trend-in məlumatına görə, “Sassuolo” klubu "Milan" komandasını qəbul edib. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Milan”ın heyətində Suso (2), Kessi, Kastilyexo fərqləniblər. "Sassuolo" komandasının təsəlli qolun isə Filip Djuriç vurub.

Turun mərkəzi qarşılaşmasında “Yuventus” klubu “Napoli”ni qəbul edib. Oyunda hesabı 10-ci dəqiqədə “Napoli” komandası açıb. Xose Kalyexonun ötürməsini Dris Mertens dəyərləndirib. Qoldan sonra irəli atılan meydan sahibləri matçın 26-ci dəqiqəsində hesaba tarazlıq gətiriblər. Ronaldunun cinah ötürməsini Mario Mandzukiç dəqiq baş zərbəsi ilə tamamlayıb.

İkinci hissənin 46-ci dəqiqəsində Turin təmsilçisi hesabda önə keçib. Bu dəfə də Mario Mandzukiç fərqlənib. Oyunda son nöqtəni də “Yuventus” qoyub. Ronaldunun küncdən ötürdüyü topu Leonardo Bonuççi dəqiq baş zərbəsi ilə qapıdan keçirib. Oyun bu hesabla başa çatıb - 3:1.

Turun digər oyununda “Olimpiko” stadionunda "Roma" “Lazio” komandası ilə qarşılaşıb. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1. İlk qolu 45-ci dəqiqədə meydan sahiblərindən Pelleqrini vurub. 67-ci dəqiqədə Çiro İmmobile hesabı bərabərləşdirsə də, 71-ci dəqiqədə Aleksandar Kolarov, 86-cı dəqiqədə isə Federiko Fasio "Roma"nın növbəti qollarına imza atıb.

Yeddinci turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"İnter" - "Kalyari" - 2:0

"Bolonya" - "Udineze" - 2:1

"Kyevo" - "Torino" - 0:1

"Fiorentino" - "Atalanta - 2:0

"Frosinone" - "Genoa" - 1:2

"Parma" - "Empoli" - 1:0.

Qeyd edək ki, tura bu gün SPAL - "Sampdoriya" oyunu ilə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti