...

Rövnəq Abdullayev FIFA prezidenti ilə Azərbaycan futbolunu müzakirə edib (FOTO)

İdman Materials 3 Oktyabr 2018 16:59 (UTC +04:00)
Rövnəq Abdullayev FIFA prezidenti ilə Azərbaycan futbolunu müzakirə edib.
Rövnəq Abdullayev FIFA prezidenti ilə Azərbaycan futbolunu müzakirə edib (FOTO)

Bakı. Trend:

Bu gün İsveçrənin Sürix şəhərində FIFA və AFFA rəhbərliyi arasında görüş keçirilib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında keçirilmiş görüşdə Azərbaycan futbolu ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

R.Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyə təşkil olunması ilə bağlı Canni İnfantinonu təbrik edib. FIFA və AFFA arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti