...

"Sumqayıt" - "Qəbələ" oyununun hakimi barədə ölçü götürüləcək

İdman Materials 30 Oktyabr 2018 17:05 (UTC +04:00)
"Sumqayıt" - "Qəbələ" oyununun hakimi barədə ölçü götürüləcək.
"Sumqayıt" - "Qəbələ" oyununun hakimi barədə ölçü götürüləcək

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın IX turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, Premyer Liqanın IX turunun “Sumqayıt” – “Qəbələ” matçında baş verənlər barədə İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

- “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
- “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
- Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə aldığına görə, 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
- Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 27 №-li futbolçusu Bəhlul Mustafazadəyə göstərilən qırmızı vərəqə ləğv olunur;
- Oyunun hakiminin ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması Hakimlər Departamentinə tapşırılır.

“Səbail” – “Keşlə” matçının 49-cu dəqiqəsində “Səbail” klubunun 8 №-li futbolçusu Yevgeni Koçuk ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5, “Qarabağ” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 58-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti