...

10 yaşlı Qol.az

İdman Materials 17 Noyabr 2018 10:13 (UTC +04:00)
Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 10 il ötür.
10 yaşlı Qol.az

Bakı. Trend:

Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 10 il ötür.

Trend-in məlumatına görə, 2008-ci ilin bu günü - noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Dünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, son illər ərzində Qol.az Azərbaycanın ən çox oxunan idman portalıdır. Gün ərzində on minlərlə oxucu idman, xüsusilə futbol xəbərləri əldə etmək üçün məhz Qol.az-ı seçir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının üzvü olan az Qol.az saytı "5 Media" şirkətinin media layihələrindən biridir.

Trend İnformasiya Agentliyinin kollektivi Qol.az-dakı həmkarlarını Azərbaycanın media məkanına qatılmalarının 10 illiyi münasibətilə təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti