...

Bakıda karate üzrə Azərbaycan çempionatı keçiriləcək

İdman Materials 21 Noyabr 2018 16:13 (UTC +04:00)
23-25 noyabr tarixlərində Bakı İdman Sarayında yeniyetmə və gənclərin 19-cu, böyüklər arasında isə 26-cı Azərbaycan çempionatı keçiriləcək.
Bakıda karate üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakı. Trend:

23-25 noyabr tarixlərində Bakı İdman Sarayında yeniyetmə və gənclərin 19-cu, böyüklər arasında isə 26-cı Azərbaycan çempionatı keçiriləcək.

Trend-in məlumatına görə, Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası vəkar Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi respublika çempionatının təntənəli açılış mərasimi 24 noyabr saat 17:00-da keçiriləcək.

Çempionatda respublikanın müxtəlif bölgələrindən 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 21 yaşadək gənclər, həmçinin böyüklər iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti