...

Azərbaycan gimnastı: Mən bədii gimnastika üzrə Regionlararası Kubokun medalını qazandığıma görə çox şadam

İdman Materials 9 Dekabr 2018 18:46 (UTC +04:00)
Mən bədii gimnastika üzrə Regionlararası Kubokun medalını qazandığıma görə çox şadam
Azərbaycan gimnastı: Mən bədii gimnastika üzrə Regionlararası Kubokun medalını qazandığıma görə çox şadam

Bakı. Trend:

Mən bədii gimnastika üzrə Regionlararası Kubokun medalını qazandığıma görə çox şadam. Bu barədə Trend-ə 2008-ci il təvəllüdlü gimnastlar arasında çoxnövçülük üzrə fərdi çıxışlarda birinci yeri tutan Sumqayıt təmsilçisi Ayşə Rəcəbli bildirib.

A.Rəcəbli deyib: "Mən birinci yeri tutdum və buna görə çox şadam. Bu, mənim yarışlarda qazandığım ilk medal deyil, amma mən yenə də xoşbəxtəm. Həmişə mükafata layiq yerlər tutmaq, daha çox medal qazanmağa çalışıram, gələcəkdə beynəlxalq yarışların çempionu olmaq arzusundayam".

Gimnast qeyd edib ki, Milli Gimnastika Arenasının xalçasına çıxan zaman həyəcan hissi keçirməyib: "Milli Gimnastika Arenasında ilk dəfə çıxış etmirəm, bu gün mənə azarkeşlik etməyə valideyinlərim və qardaşlarım gəlmişdi, onların dəstəyi mənə çox kömək etdi. Xalçaya çıxan zaman fikirləşirdim ki, gözəl çıxış edəcəyəm və hamı buna şad olacaq. Həyəcan yox idi, elementlərin hamısı alındı. Məşqçi məni təriflədi".

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilib.

Yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə “International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alıblar.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürüb. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdiriblər.

Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

Xəbər lenti

Xəbər lenti