Bakı. Tural Turan - Trend:
Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları davam edir.
Trend-in məlumatına görə, “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Matçın taleyini bir qol həll edib.
“Sabah”ın futbolçusu Filip İvanoviçin 45-ci dəqiqədə avtoqolu “Qəbələ”yə 1:0 hesablı qələbə qazandırıb.