...

Yurgen Klopp: "Mançester Siti" dünyanın ən yaxşı komandasıdır

İdman Materials 2 Yanvar 2019 19:58 (UTC +04:00)
"Mançester Siti" dünyanın ən yaxşı komandasıdır
Yurgen Klopp: "Mançester Siti" dünyanın ən yaxşı komandasıdır

Bakı. Trend:

"Mançester Siti" dünyanın ən yaxşı komandasıdır.

Trend-in "Sports.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Mançester Siti"yə qarşı oyun haqqında danışarkən bildirib.

Y.Klopp deyib: "Bizi çox çətin oyun gözləyir. "Mançester Siti" doğrudanda güclü məşqçiyə sahib olan güclü komandadır. Biz cəsarətlə hərəkət etməliyik və digər oyunlarda olduğu kimi istəkli olmayılıyıq. "Mançester Siti" dünyanın ən yaxşı komandasıdır. Bu, mənim fikrimdir".

Baş məşqçi qeyd edib ki, xalların sayı dəyişsədə, oyunlara hazırlıq dayişməz qalır: "Mən küçədə insanları görürəm, onlar normal yaşayırlar. Oğlanların oyunu onların xoşuna gəlir? Əlbətdə. Amma azarkeşlərimizin artıq qələbəni bayram etdiyini fikirləşmək hörmətsizlik olar".

Y.Klopp bildirib ki, onun komandasını qarşıda çox vacib oyun gözləyir: "Belə demək olarsa, 6 xal uğrunda mübarizənin gedəcəyi bir oyun olacaq. Bu isə rəqib üçün motivasiyadır və biz hazır olmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti