...

Braziliyalı futbolçu Naldo "Monako"ya keçib

İdman Materials 3 Yanvar 2019 21:19 (UTC +04:00)
Braziliyalı futbolçu Naldo Almaniyanın "Şalke" klubundan "Monako"ya keçib.
Braziliyalı futbolçu Naldo "Monako"ya keçib

Bakı. Trend:

Braziliyalı futbolçu Naldo Almaniyanın "Şalke" klubundan "Monako"ya keçib.

Trend-in məlumatına görə, 36 yaşlı müdafiçi ilə bağlanan müqavilə 2020-ci ilin 30 iyun tarixinə qədər nəzərdə tutulub. Müqavilənin detalları açıqlanmır.

Naldo 2016-cı ildən "Şalke"nin şərəfini qoruyub. Klubda keçirdiyi müddət ərzində müdafiəçi 80 oyun keçirib və 9 qola imza atıb.

Qeyd edək ki, "Monako" cari mövsümdə 18 oyunda 13 xal toplayaraq turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti