Bakı. Tural Turan - Trend:
“Rostov” klubunun yarımmüdafiəçisi Ayaz Quliyev Moskvanın “Spartak” klubuna keçib.
Trend-in məlumatına görə, bu barədə “Spartak”ın mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu klubla uzunmüddətli müqavilə imzalayıb, təfərrüatlar açıqlanmır.
Xatırladaq ki, Ayaz Quliyev “Spartak”ın yetirməsidir və “Spartak-2” komandasında çıxış edib. 2017-ci ildə əvvəl “Anji”yə, 2018-ci ildə isə “Rostov”a icarə əsasında keçib.
Bu mövsümdə Ayaz Quliyev 14 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.