...

Çempionlar Liqası tarixində ilk dəfə "VAR" sistemindən istifadə edilib

İdman Materials 14 Fevral 2019 02:37 (UTC +04:00)
UEFA Çempionlar Liqasının tarixində ilk dəfə hakimlərə videokömək sistemindən ("VAR") istifadə edilib
Çempionlar Liqası tarixində ilk dəfə "VAR" sistemindən istifadə edilib

Bakı. Trend:

UEFA Çempionlar Liqasının tarixində ilk dəfə hakimlərə videokömək sistemindən ("VAR") istifadə edilib.

Trend-in məlumatına görə, "VAR" Çempionlar Liqasının 1/8 final mərhələsinin "Ayaks" (Niderland) - "Real Madrid" (İspaniya) matçında istiafdə edilib.

Sloveniyalı hakim Damir Skomina "Ayaks"ın müdafiəçisi Nikolas Talyafikonun 38-ci dəqiqədə "Real Madrid"in qapısına vurduğu qoldan sonra "VAR" sisteminə müraciət edib. Nəticədə qol qeydə alınmayıb.

Qeyd edək ki, oyun "Rela Madrdi"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti