...

"Arsenal" BATE ilə bacarmadı

İdman Materials 15 Fevral 2019 00:43 (UTC +04:00)
Belarusun BATE futbol klubu Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində "Arsenal" komandasına qalib gəlib.
"Arsenal" BATE ilə bacarmadı

Bakı. Trend:

Belarusun BATE futbol klubu Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində "Arsenal" komandasına qalib gəlib.

Trend-in məlumatına görə, Borisovda keçirilən matç 1:0 hesabı ilə başa çatıb. Oyunda yeganə qolu 45-ci dəqiqədə Stanislav Draqun vurub.

Oyunun 56-cı dəqiqədə Aleksandr Lyakazettin vurduğu qol oyundan kənar vəziyyət olduğundan qeydə alınmayıb. Oyunun sonlarında (85-ci dəqiqə) Lyakazaett kobud oyuna görə meydandan çıxarılıb.

Bu oyun komandalar arasında keçirilən 3-cü oyun olub. Daha öncə, komandalar Avropa Liqasının 2017-2018-ci il mövsümündə qrup mərhələsi çərçivəsində qarşılaşıblar. Hər iki oyunda "topçular" qalib gəlib (6:0, 4:2).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti