...

Amerikalı gimnast: Bakıda Milli Gimnastika Arenası mənim ən çox sevdiyim arenalardan biridir

İdman Materials 16 Fevral 2019 18:41 (UTC +04:00)
Bakıda Milli Gimnastika arenası mənim ən çox sevdiyim arenalardan biridir.
Amerikalı gimnast: Bakıda Milli Gimnastika Arenası mənim ən çox sevdiyim arenalardan biridir

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika arenası mənim ən çox sevdiyim arenalardan biridir.

Bunu Trend-ə amerikalı gimnast Aleksey Şostak deyib.

Amerikalı idmançı bildirib: Dördüncü dəfədir sizin şəhərə gəlirəm. Bakıda Milli Gimnastika arenası mənim ən çox sevdiyim arenalardan biridir. Qeyd edim ki, şəhərinizin memarlığını, buradakı tarixi binaları da çox bəyənirəm, hər dəfə bura böyük məmnuniyyətlə gəlirəm. Buranın sakinləri isə çox mehriban və qonaqpərvədirlər".

Bakıda keçirlən Dünya Kubokundakı çıxışı barədə danışarkən isə A.Şostak deyib ki, daha yaxşı çıxış edə bilərdi. Növbəti dəfə daha yüksək nəticələr göstərməyə çalışacaq.

Gimnast əlavə edib ki, çıxışına, nəticələrə uzun uçuş və saat fərqi də təsir edib.

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti