...

Belarus idmançısı: Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir

İdman Materials 17 Fevral 2019 15:11 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir.
Belarus idmançısı: Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut üzrə fərdi proqramda qızıl medal qazanan Belarus gimnastı Vladislav Qonçarov nəticədən razıdır.

V.Qonçarov Trend-ə bildirib: "Məmnunluq hiss edirəm, çünki zəhmətim hədər getmədi. Bakıda keçirilən bu Dünya Kubokuna ciddi hazırlaşmışdım və layiqli çıxış etdim".

Gimnast vurğulayıb ki, Bakıda təşkil edilən beynəlxalq yarışlar çox yüksək səviyyədə keçirilir:

"Dəfələrlə bildirmişəm ki, Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir".

Qeyd edək ki, 16-17 fevral tarixlərində Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti