...

"Lester"in yeni məşqçisi Brendan Rocers olacaq

İdman Materials 27 Fevral 2019 02:21 (UTC +04:00)
İngiltərə Premyer Liqasında çıxış eliyən "Lester Siti" klubu yeni baş məşqçisinin adını açıqlayıb
"Lester"in yeni məşqçisi Brendan Rocers olacaq

Bakı. Trend:

İngiltərə Premyer Liqasında çıxış eliyən "Lester Siti" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Lester Siti"nin yeni baş məşqçisi Brendan Rocersdir.

Qeyd edilir ki, baş məşqçi ilə müqavilə 2022-ci ilə qədər nəzərdə tutulub. B.Rocersin rəhbərliyi altında "Lester Siti" ilk matçına Premyer Liqanın 29-cu turu çərçivəsində martın 3-ü "Uotford"a qarşı çıxacaq.

Qeyd edək ki, Brendan Rocers "Seltik" klubunun, daha əvvəl isə "Liverpul"un baş məşqçisi olub.

Xəbər lenti

Xəbər lenti