...

Klaudio Ranyeri “Fulhem” komandasından qovuldu

İdman Materials 1 Mart 2019 08:20 (UTC +04:00)
İtalyan mütəxəssis Klaudio Ranyeri “Fulhem” klubunun baş məşqçisi vəzifəsindən azad edilib.
Klaudio Ranyeri “Fulhem” komandasından qovuldu

Bakı. Tural Turan - Trend:

İtalyan mütəxəssis Klaudio Ranyeri “Fulhem” klubunun baş məşqçisi vəzifəsindən azad edilib. Trend-in məlumatına görə, komandanı müvəqqəti olaraq Skott Parker çalışdıracaq.

Klub “Sauthempton”a məğlubiyyətdən sonra 67 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.

“Fulhem” hazırda turnir cədvəlində 17 xalla 19-cu yerdədir.

Xatırladaq ki, Ranyeri kluba 2018-ci ilin noyabr ayında təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti