...

Badmintonçumuz Almaniyada güclülərin turnirində iştirak edib

İdman Materials 4 Mart 2019 09:02 (UTC +04:00)
Badmintonçumuz Edi Reski Dviçayo Lin Dan, Kento Momota kimi badminton ulduzlarının da qatıldığı "YONEX German Open 2019" turnirində iştirak edib.
Badmintonçumuz Almaniyada güclülərin turnirində iştirak edib

Bakı. Trend:

Badmintonçumuz Edi Reski Dviçayo Lin Dan, Kento Momota kimi badminton ulduzlarının da qatıldığı "YONEX German Open 2019" turnirində iştirak edib.

Azərbaycan Badminton Federasiyasından Trend-ə verilən məlumata görə, təmsilçimiz Almaniyanın Mülhaym şəhərində keçirilən "BWF World Tour Super 300" seriyalı turnirə təsnifat mərhələsindən başlayıb. Dviçayo ilk görüşündə Malayziya idmançısı Soonq Jo Venə 0:2 (21-23,11-21) hesabı ilə uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti