...

Gənc tamaşaçılar: İdman gimnastikası üzrə Dünya Kuboku çox maraqlı keçir

İdman Materials 15 Mart 2019 03:41 (UTC +04:00)
Bakıda keçirilən kişilər və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kubokunun tamaşaçıları Aydın Əlizadə və Rəsul Əhmədzadə azərbaycanlı gimnastlara azarkeşlik edirlər
Gənc tamaşaçılar: İdman gimnastikası üzrə Dünya Kuboku çox maraqlı keçir

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən kişilər və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kubokunun tamaşaçıları Aydın Əlizadə və Rəsul Əhmədzadə azərbaycanlı gimnastlara azarkeşlik edirlər.

Trend-in məlumatına görə, A.Əlizadə və R.Əhmədzadə idman gimnastikası ilə məşğul olurlar və yarışlar onlarda xüsusi maraq doğurub.

A.Əlizadə bildirib: "Bakıda Dünya Kubokunda ən güclü gimnastlar iştirak edir, biz də böyük məmnuniyyətlə onların çıxışlarını izləməyə gəlmişik. Yarışlar çox maraqlı keçir. Adlı-sanlı gimnastların çıxışlarına baxaraq ümid edirəm ki, nə vaxtsa mən də bu cür çıxış edəcəm".

R.Əhmədzadə öz növbəsində bildirib: "Azərbaycanlı gimnastlar Dünya Kubokunda iştirak edirlər və buna görə də biz onları dəstəkləmək və onlara azarkeşlik etmək üçün Milli Gimnastika Arenasıan gəlmişik. Ümid edirəm ki, onlar arışlarda ilk yerləri tutacaqlar".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti