...

Qazaxıstanlı gimnast: Bakıda Milli Gimnastika Arenası çox gözəldir

İdman Materials 15 Mart 2019 01:03 (UTC +04:00)
Bakıda kişilər və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kubokunun iştirakçıları üçün yaxşı şərait yaradılıb
Qazaxıstanlı gimnast: Bakıda Milli Gimnastika Arenası çox gözəldir

Bakı. Cani Babayeva - Trend:

Bakıda kişilər və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kubokunun iştirakçıları üçün yaxşı şərait yaradılıb. Bunu Trend-ə Qazaxıstan gimnastı Milad Kərimi deyib.

Qeyd edək ki, M.Kərimi 14,433 bal ilə sərbəst hərəkətlərdə Dünya Kubokunun finalına vəsiqə qazanıb.

M.Kərimi bildirib: "Təsnifatdakı çıxışımla razıyam, lakin mürəkkəblik üzrə bütün proqramı yerinə yetirmədim".

İdmançı qeyd edib ki, Bakıda Milli Gimnastika Arenası çox gözəldir: "Bakıda Dünya Kuboku çox yaxşı təşkil edilib. İdmançılar üçün yaxşı şərait yaradılıb. Gimnastika arenası çox gözəldir, bu gün yarışları izləməyə çox sayda tamaşaçı gəlib".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti