...

ABŞ təmsilçisi Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda qalib olub

İdman Materials 17 Mart 2019 13:44 (UTC +04:00)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərin yekunu üzrə qaliblər müəyyən olunub.
ABŞ təmsilçisi Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda qalib olub

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərin yekunu üzrə qaliblər müəyyən olunub.

Trend-in məlumatına görə, ABŞ idmançısı Ceyd Keri final mərhələsində 14.600 xal toplayaraq qızıl medal əldə edib.

İtaliya gimnastı Lara Mori 13.866 xalla ikinci, həmyerlisi Vanessa Ferrari isə üçüncü (13.733) olub.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunda sonuncu yarış günü keçirilir.

Xatırladaq ki, ötən gün Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Ayın 14-dən başlayan Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayır. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti