...

"İnter" Milan derbisindən qalib ayrılıb

İdman Materials 18 Mart 2019 03:46 (UTC +04:00)
"İnter" futbolçuları İtaliya çempionatının 28-ci turu çərçivəsində səfər oyununda "Milan" üzərində 3:2 hesablı qələbə qazanıb.
"İnter" Milan derbisindən qalib ayrılıb

Bakı. Trend:

"İnter" futbolçuları İtaliya çempionatının 28-ci turu çərçivəsində səfər oyununda "Milan" üzərində 3:2 hesablı qələbə qazanıb.

Trend-in məlumatına görə, "San-Siro" stadionunda keçirilən oyunda hesabı 3-cü dəqiqədə "İnter"in oyunçusu Matias Vesino açıb.

Ounun 51-ci dəqiqəsində Stefan de Vrey hesabda fərqi artırıb - 0:2. Cəmi 6 dəqiqə sonra Tyemue Bakayoko fərqlənərək "Milan"ı sevindirib. Oyunun 67-ci dəqiqəsində Laurato Martines penaltini dəqiq yerinə yetirərək "İnter"in üçüncü qolunu vurub. Matçda son qolu meydan sahiblərinin futbolçusu Mateo Mussakio vurub.

Beləliklə, 28 turdan sonra "İnter" 53 xal toplayaraq çempionatın üçüncüsüdür, "Milan" isə 51 xalla dördüncü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti