...

Messi "Barselona"nın tərkibində ən çox qələbə qazanan futbolçudur

İdman Materials 18 Mart 2019 07:36 (UTC +04:00)
"Barselona" futbol klubunun futbolçusu Lionel Messi komandasının sabiq yarımmüdafiəçisi Xavinin klubun tərkibində qazanılan qələbələr üzrə rekordunu yeniləyib.
Messi "Barselona"nın tərkibində ən çox qələbə qazanan futbolçudur

Bakı. Trend:

"Barselona" futbol klubunun futbolçusu Lionel Messi komandasının sabiq yarımmüdafiəçisi Xavinin klubun tərkibində qazanılan qələbələr üzrə rekordunu yeniləyib.

Trend-in məluumatına görə, bazar günü İspaniya çempionatının 28-ci turu çərçivəsində səfər matçında "Barselona" "Betis" üzərində 4:1 hesablı qələbə qazanıb. Lionel Messi bu oyunda üç qol vurub.

Beləliklə, Messinin hesabında 477, Xavinin isə 476 qələbəsi var. Bu göstəriciyə görə üçüncü Andres İnyestadır (459).

Bundan başqa, Messi komandada vurulan qollara görə İnyestaya çatıb (674). Lider isə Xavidir, onun hesabında 767 qol var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti