Bakı. Trend:
Avropa Futbol Assosiasiyalarının İttifaqı UEFA Azərbaycan hakimiyyətinin elektron viza sisteminə (
) HIV/hepatit təsdiqi tələbinin ləğvi ilə bağlı dəyişiklik etmək qərarını alqışlayıb.Trend-in məlumatına görə, bu barədə UEFA-nın saytında yerləşdirilən bəyanatda deyilir.
"Beləliklə, UEFA Avropa Liqasının finalının meydan sahibləri Avropa futbol ittifaqının azarkeşlər adından etdiyi sorğusuna reaksiya verib", - deyə bəyanatda bildirilir.