...

Bakı Şəhər Halqası qəza ilə bağlı açıqlama yayıb

İdman Materials 26 Aprel 2019 16:24 (UTC +04:00)
Bakı Şəhər Halqası bu gün Formula 1 bolidlərinin sərbəst yürüşü zamanı yaranan qəza ilə bağlı açıqlama yayıb.
Bakı Şəhər Halqası qəza ilə bağlı açıqlama yayıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Şəhər Halqası bu gün Formula 1 bolidlərinin sərbəst yürüşü zamanı yaranan qəza ilə bağlı açıqlama yayıb.

Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, açıqlamada bildirilir ki, bu gün keçirilən 2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisinin birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub:

"Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyuk təkrar yoxlanılıb".

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti