...

Gürcüstan gimnastı: Bakıda olan arena və şərait başqa heç yerdə yoxdur

İdman Materials 27 Aprel 2019 18:29 (UTC +04:00)
Bakıda olan arena və şərait başqa heç yerdə yoxdur.
Gürcüstan gimnastı: Bakıda olan arena və şərait başqa heç yerdə yoxdur

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku Avropa və dünya çempionatları ərəfəsində öz gücümü yoxlamaq üçün yaxşı imkandır.

Bunu Trend-ə açıqlamasında Gürcüstan gimnastı Natela Bolatayeva deyib.

O bildirib ki, Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir: "Çünki bu cür arena və şərait başqa heç yerdə yoxdur. Bizi hər şey qane edir, qonaqpərvərliyə görə təşəkkür edirik".

Gimnast vurğulayıb ki, idmançılar üçün tamaşaçıların dəstəyi vacibdir:

"Azərbaycan gimnastlarının səviyyəsi yüksəkdir, onlardan çox şey öyrənmək olar. Bu il əsas məqsədim Avropa və dünya çempinatlarında yaxşı çıxış etməkdir".

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti