...

Gimnastımız Qran Pri yarışlarında çıxış edib

İdman Materials 10 İyun 2019 16:12 (UTC +04:00)
Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran Pri yarışları yekunlaşıb.
Gimnastımız Qran Pri yarışlarında çıxış edib

Bakı. Trend:

Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran Pri yarışları yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, təmsilçimiz Zöhrə Ağamirova yarışların final mərhələsində çıxış edib. Belə ki, top ilə kompozisiyasına görə gimnastımız 19.650 xal toplayaraq, yarışı 7-ci yerdə başa vurub.

Çoxnövçülükdə isə Zöhrə 72.050 xalla 29 iştirakçı arasında 12-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti