...

Karateçilərimiz II Avropa Oyunlarının finalına vəsiqə qazanıblar

İdman Materials 30 İyun 2019 18:24 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan yığmasının karateçisi Rafael Ağayev və Firdovsi Fərzəliyev Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının yarımfinal döyüşünü keçiriblər.

Trend-in məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən R.Ağayev estoniyalı Pavel Artamonovla üz-üzə gəlib. Qələbə qazanan R.Ağayev finala vəsiqə əldə edib. O, həlledici görüşdə ukraynalı Stanislav Horuna ilə qarşılaşacaq.

Firdovsi Fərzəliyev (60 kq) yarımfinalda Rusiya təmsilçisi Yevgeni Plakhutinlə üz-üzə gəlib. Qalib gələn F.Fərzəliyev finala vəsiqə qazanıb. O, həlledici görüşdə latviyalı Kalvis Kalninslə üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti