Bakı. Trend:
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə 4x100 metr məsafəyə qarışıq sərbəst ötüşmə yarışlarının qalibi Böyük Britaniya atletləri (3 dəqiqə 32,48 saniyə) olublar.
Trend-in məlumatına görə, finalda 3 dəqiqə 34,62 saniyə nəticə göstərən Rusiya idmançıları ikinci yeri tutublar. Finişə 3 dəqiqə 36,12 saniyəyə çatan Almaniya təmsilçiləri isə ilk üçlüyü tamamlayıblar.
Növbəti yerlərdə müvafiq olaraq İtaliya, İspaniya, Macarıstan, Belçika və Türkiyə atletləri qərarlaşıblar.