Bakı. Cani Babayeva - Trend:
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının beşinci günü start götürüb.
Trend-in məlumatına görə, bu gün çoxnövçülükdə final yarışları keçiriləcək.
14:30 - 17:25. Çoxnövçülük üzrə final, B qrupu (təsnifatda 13-24-cü yerləri tutmuş gimnastlar)
17:40 - 20:35. Çoxnövçülük üzrə final, A qrupu (təsnifatda 1-12-ci yerləri tutmuş gimnastlar)
20:35 - 20:40. “Longines” mükafatı – “Prize of Elegance”
20:40 - 20:50 Mükafatlandırma mərasimi: Çoxnövçülük
Azərbaycanı gimnast Zöhrə Ağamirova təmsil edəcək.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.