...

Bədii gimnastika Azərbaycanda fəal inkişaf edir - məşqçi

İdman Materials 11 Oktyabr 2019 07:02 (UTC +04:00)
Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi və bədii gimnastikası üzrə bölgələrarası altıncı Kubokun yarışlarında idmançılar həqiqi rəqabət təcrübəsi əldə edirlər
Bədii gimnastika Azərbaycanda fəal inkişaf edir - məşqçi

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi və bədii gimnastika üzrə bölgələrarası altıncı Kubokun yarışlarında idmançılar həqiqi rəqabət təcrübəsi əldə edirlər.

Bunu Trend-ə "Zirvə İnternational" bədii gimnastika üzrə klubun məşqçisi Rafiqə Əliyeva deyib.

Onun sözlərinə görə, bu yarışlar hər bir gimnast üçün çox vacibdir, çünki bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva qızları seçir və sonradan gimnastların milliyə daxil olmaq şansı var:

"Yarışlar Azərbaycan gimnastlarının səviyyəsinin necə böyüdüyünü əyani şəkildə göstərir".

R.Əliyeva qeyd edib ki, Azərbaycanda bədii gimnastika fəal şəkildə inkişaf edir:

"Hər il bu idman növünə daha çox uşaq gəlir. Ailədə böyüyən qızları olan hər kəsə onlara bədii gimnastika dərslərinin verilməsini məsləhət görürəm - bu, fiziki inkişafı təmin edir".

Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti