Bakı. Trend:
Hollandiyanın “Feyenoord” klubunun baş məşqçisi Yap Stam istefa verib.
Trend-in məlumatına görə, o, komandasının uğursuz çıxışlarına görə belə addım atıb.
xatırladaq ki, Stam bu ilin mart ayında “Feyenoord”da Covanni van Bronxorstu əvəzləmişdi. Onunla iki illik müqavilə imzalanmışdı. Komanda onun rəhbərliyi altında Hollandiya çempionatında keçirdiyi 11 oyundan sonra cəmi 14 xal toplayıb və 18 kollektiv arasında 12-ci sırada qərarlaşıb.