...

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri keçiriləcək

İdman Materials 16 Yanvar 2020 17:32 (UTC +04:00)
Turnirdə 12 ölkədən 900-dək idmançı iştirak edəcək
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri keçiriləcək

Bakı. Trend:

"Arpaçay Karate Klubu" və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılğı ilə 17-19 yanvar tarixlərində uşaq, yeniyetmə və gənclər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq karate turniri keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, Bakı İdman Sarayında 5-ci açıq beynəlxalq turnirində 12 ölkədən 900-dək idmançı iştirak edəcək.

İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və ölkəmizi təmsil edən karteçilər yarışın ilk günü bütün yaş qruplarında kata çıxışlarına qatılacaq. Ertəsi gün 6-11 yaşlı uşaqların kumite çıxışları, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclərin döyüşləri keçiriləcək. Yarışı milli hakimlərimizlə birgə, 5 ölkədən 22 beynəlxalq hakim idarə edəcək.

Turnirin təntənəli açılış mərasimi 18 yanvar saat 17:00-da başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti