Bakı. Trend:
Hazırda icarə əsasında “İnter”də çıxış edən Aleksis Sançes yayda “Mançester Yunayted”i tərk edəcək.
Trend-in məlumatına görə, klub rəhbərliyi artıq çilili hücumameyilli yarımmüdafiəçini əvəzləyə biləcək oyunçu axtarışındadır. Bir müddət öncə mançesterlilərin baş məşqçisi Ole Qunnar Sulşer mətbuata açıqlamasında Sançesin yayda geri qayıdacağını demişdi. Media mənsubları isə Sulşerin bunu oyunçunun transfer qiymətinin aşağı düşməməsi üçün dediyini yazırlar.