...

Azərbaycan gimnastı Selcan Maqsudova Dünya Kubokunda öz proqramını təqdim edib (FOTO)

İdman Materials 15 Fevral 2020 18:12 (UTC +04:00)
Azərbaycan gimnastı Selcan Maqsudova batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda öz proqramını təqdim edib
Azərbaycan gimnastı Selcan Maqsudova Dünya Kubokunda öz proqramını təqdim edib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastı Selcan Maqsudova batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda öz proqramını təqdim edib.

Trend-in məlumatına görə, S.Maqsudova batut gimnastikasında fərdi hərəkətlərdə çıxış edib.

Hakimlər idmançının birinci cəhdini 47.750 xalla, ikinci cəhdini 52.185 xalla qiymətləndirib. Gimnast ümumilikdə 99.935 xal toplayıb.

Hazırda o, turnir cədvəlində 26-cı keçid mövqeyində qərarlaşıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti