...

Kolumbiya səfiri batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb (FOTO)

İdman Materials 15 Fevral 2020 19:15 (UTC +04:00)
Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb
Kolumbiya səfiri batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb.

Trend-in məlumatına görə, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti