...

AFFA rəsmisi "İnter"in matçına təyinat alıb

İdman Materials 20 Fevral 2020 10:44 (UTC +04:00)
AFFA-nın əməkdaşı Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
AFFA rəsmisi "İnter"in matçına təyinat alıb

Bakı. Trend:

AFFA-nın əməkdaşı Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasında keçiriləcək “İnter” (İtaliya) – “Renn” (Fransa) matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma martın 3-də Milan şəhərindəki Ernesto Breda stadionunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti