Bakı. Trend:
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov İddiaçılar Turnirinə qatılmaqdan imtina edib.
Trend Beynəlxalq Şahmat Federasiyasına (FIDE) istinadən xəbər verir ki, T.Rəcəbov bu qərarı şəxsi səbəblərdən dolayı alıb.
Şahmatçımız sözügedən qərarla bağlı FIDE-yə məlumat verib.
FIDE həmyerlimizi fransalı həmkarı Maksim Vaşye Laqrav ilə əvəz edib.