...

Formula 1 mövsümü 5 iyulda Avstriyada start götürəcək

İdman Materials 10 May 2020 22:04 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Avtomobil Federasiyası (FİA) "Formula 1" avtomobillər sinfində dünya çempionatının yarış mövsümünün iyulun 5-də başlaması variantını qəbul edib.

Trend-in məlumatına görə, bu barədə "The Judge 13" portalı bildirib.

Mənbə bildirir ki, Formula 1 rəhbərliyi mayın 8-də FİA-dan müvafiq bildiriş alıb. Avstriyada ardıcıl olaraq iki mərhələ keçiriləcəyi güman edilir: birinci yarış 5 iyulda, ikincisi 8 və ya 9 iyulda. Bundan sonra Böyük Britaniyada iki mərhələ (19 və 23 iyul yarışları) başa tutacaq.

Yarışlar tamaşaçısız keçiriləcək, avtodroma yalnız yayımı təmin edən televiziya qrupları buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti