...

İdman zallarının açılmaması nə ilə bağlıdır? - AÇIQLAMA

İdman Materials 18 May 2020 17:56 (UTC +04:00)
İdman zallarının açılmaması nə ilə bağlıdır? - AÇIQLAMA

Bakı. İlhamə İsabalayeva - Trend:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) idman zallarının açılmamasına münasibət bildirib.

Trend-in məlumatına görə, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, bütün idman zalları qapalıdır:

"Orada bir çox insanlar aktiv idmanla məşğul olurlar. Bu halda insanlarda tənəffüs də çox aktivləşir. Bu zaman maska da istifadə etmək mümkün deyil. Digər tərəfdən, idman zallarında virusun təmasla yayılmasına səbəb olan bir çox vasitələrdən istifadə edilir".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, ölkədə idman zallarının açılması növbəti mərhələdə ola bilər:

“Sadəcə bu mərhələli həyata keçirilməlidir. Bütün obyektlərin birdən-birə açılmasına qərar vermək olmaz. Harda yoluxma riski çoxdursa, o obyektlər gec açılır. Karantin qaydaları mərhələli halda yumşaldılır. Ona görə də bu proses mərhələli həyata keçiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti