...

"Börnli" klubunun məşqçisi koronavirusa yoluxub

İdman Materials 20 May 2020 03:48 (UTC +04:00)
"Börnli" klubunun məşqçisi koronavirusa yoluxub

Bakı. Trend:

İngiltərə Premyer Liqasının "Börnli" klubunun məşqçisi Ayan Voan koronavirusa yoluxub.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə futbol klubunun sytında bildirilir.

Məlumata əsasən, məşqçinin xəstəliyi simptomsuz keçir. A.Voan yaxın 7 günü karantində keçirəcək.

Qeyd edək ki, "Börnli" İngiltərə Premyer Liqasının cari mövsümündə 39 xalla 10-cu pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti