...

PSJ-nin kapitanı Tiaqo Silva "Everton"un oyunçusu ola bilər

İdman Materials 14 İyun 2020 11:58 (UTC +04:00)
PSJ-nin kapitanı Tiaqo Silva "Everton"un oyunçusu ola bilər

Bakı. Trend:

"Pari Sen-Jermen"in braziliyalı müdafiəçisi Tiaqo Sİlva İngiltərənin "Everton" klubuna transfer edilə bilər.

Trend-in məlumatına görə, daha əvvəl PSJ-nin idman direktoru Leonardo T.Silva və uruqvaylı Edison Kavaninin müvsümün sonunda klubu tərk edcəklərini bildirib.

Qeyd olunur ki, "Everton" 35 yaşlı braziliyalı ilə artıq danışıqlara başlayıb. Müqavilənin imzalanmasına təsir göstərə biləcək həlledici amil İngiltərə komandasının baş məşqçisinin 2011-2013-cü illərdə PSJ-yə başçılıq etdiyi italiyalı Karlo Ancelottinin olmasıdır.

Tiaqo Silva PSJ-nin kapitanıdır və 2012-ci ildən bu klub uğrunda oynayır. Bu dövrdə futbolçu altıqat Fransa çempionu, dördqat Kubok və altıqat ölkə Superkuboku sahibi adını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti