...

"Hetafe" futbol üzrə İspaniya çempionatında "Real Sosyedad"a qalib gəldi

İdman Materials 30 İyun 2020 03:59 (UTC +04:00)
"Hetafe" futbol üzrə İspaniya çempionatında "Real Sosyedad"a qalib gəldi

Bakı. Trend:

"Hetafe" klubunun futbolçuları İspaniyanın furbol üzrə çempionatının 32-i turunda "Real Sosyedad" komandasını məğlub ediblər.

Qalib komanda tərəfindən iki qolu Hayme Mata (20 və 83-cü dəqiqələr), "Real Sosyedad" trəfindən isə qolu Adnan Yanuzay (55-ci dəqiqə) vurublar.

İspaniya çempionatının turnir cədvəlində "Hetafe" 52 xalla 5-ci, ""Real Sosyedad isə 47 xalla 7-ci yeri tutublar. Turnirin lideri 32 oyunda 71 xal toplayan Madridin "Real" komandasıdır, ikinci yerdə isə 69 xalla "Barselona" qərarlaşıb.

Növbəti turda "Hetafe" iyulun 2-də "Real"la, "Real Sosyedad" isə eyni gündə "Espanyol" ilə görüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti