...

“Liverpul”un forvardı Mane koronavirusa yoluxdu

İdman Materials 3 Oktyabr 2020 04:11 (UTC +04:00)
“Liverpul”un forvardı Mane koronavirusa yoluxdu

Bakı. Trend:

İngiltərənin “Liverpul” klubunun seneqallı hücumçusu Sadio Manenin koronavirus testinin cavabı müsbət cavab göstərib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. Hazırda Mane özünü yaxşı hiss edir, futbolçu təcrid olunub.

Daha əvvəl klubda koronavirus yarımmüdafiəçi Thiago Alcantarada aşkarlanıb.

Xatırladaq ki, üç oyunda 9 xalla “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində ikincidir. Komanda oktyabrın 4-də "Aston Villa" ilə görüş keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti