...

Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşdi

İdman Materials 13 Noyabr 2020 03:08 (UTC +04:00)
Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Avropa çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib.

Trend xəbər verir ki, bu, AVRO-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub. Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya

D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya

F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan AVRO-2020-nin matçları Bakı da daxil olmaqla qitənin 12 şəhərində baş tutmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti