...

Gəncənin millət vəkilləri “Kəpəz” PFK ziyarət edib (FOTO/VİDEO)

İdman Materials 29 Yanvar 2021 12:30 (UTC +04:00)
Gəncənin millət vəkilləri “Kəpəz” PFK ziyarət edib (FOTO/VİDEO)

Bakı. Trend:

“Kəpəz” Peşəkar Futbol Klubunun Azərbaycan Kubokunda, güclü “Sabah” komandasına qarşı oyunda qələbə qazanaraq mərhələ adlaması azarkeşlərinin böyük sevincinə səbəb olub. Əldə olunan qələbə münasibəti ilə Milli Məclisin Gəncədən olan deputataları Naqif Həmzəyev və Müşfiq Cəfərov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “Gəncə”İdman Klubu İB-nin sədri Elvar Qasımov futbol klubunu ziyarət ediblər.

Komandanın məşq prosesini izləyən rəsmilər, qələbə münasibəti ilə heyət üzvlərini təbrik edib, kollektivə qarşıdakı oyunda uğurlar arzulayıblar. Mühüm qələbənin Gəncə futbolunun gələcək uğurlarından xəbər verdiyini qeyd edən qonaqlar, növbəti oyunlarda da kollektivin öz azarkeşlərinə xoş sürprizlər edəcəyinə inandıqlarını vurğulayıblar.

Ziyarətdən məmnunluq duyduqlarını dilə gətirən komandanın baş məşqçisi Yaşar Vahabzadə, bunun futbolçulara böyük motivasiya verəcəyini bildirib.

Millət vəkilləri komandanın “Keşlə” ilə qarşıdakı kubok matçını və I-ci Divizionun ikinci dövrəsində keçirəcəyi oyunları diqqətdə saxlayacaqlarını ifadə ediblər. Sonda kollektivə mövsümü uğurlu nəticə ilə başa vurmağı arzu edən qonaqlar futbolçularla xatirə şəkilləri çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti