...

İspaniyada gənc futbolçu ölüb

İdman Materials 26 Aprel 2021 13:36 (UTC +04:00)
İspaniyada gənc futbolçu ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

İspaniyalı gənc futbolçu, "Las-Palmas" klubunun keçmiş oyunçusu Luis Oxeda Suares ölüb.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Qeyd olunur ki, futbolçu 20 yaşında həyatını itirib. Onun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.

Luis Oxeda Suares 2017-2019-cu illərdə "Las-Palmas"ın gənclərdən ibarət komandasında oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti