...

Avropa çempionatının kuboku Bakıya gətiriləcək

İdman Materials 3 May 2021 12:38 (UTC +04:00)
Avropa çempionatının kuboku Bakıya gətiriləcək

Bakı. Orxan Nəbiyev - Trend:

Futbol üzrə Avropa çempionatının kuboku Bakıya gətiriləcək.

Trend bu barədə UEFA-nın saytına istinadən məlumat verir. Qeyd olunur ki, kubok yarışların keçiriləcəyi şəhərlər üzrə tur çərçivəsində mayın 7-8-də Bakıda nümayiş etdiriləcək.

Kubok daha sonra Bakıdan Kopenhagenə yola düşəcək.

Qeyd edək ki, Avro-2020 çərçivəsində Bakıda qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir matçı keçiriləcək.

Yarımfinal və final matçları Londonda baş tutacaq.

Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti